Bakıda həkim "Range Rover"lə piyadanı vurdu

Bakıda həkim "Range Rover"lə piyadanı vurdu
12:22 17 Fevral 2017
204 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən axşam Xəzər rayonu ərazisində, Mərdəkan avtomagistralında 1961-ci il təvəllüdlü Babayev Rəfi Hacıağa oğlu yolu keçərkən "Range Rover" markalı avtomaşın tərəfindən vurulub.

Milli.Az xəbər verir ki, salamnews-a zərərçəkənin ailə üzvlərinin verdiyi məlumata görə, o, sürücü tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.

Tibbi müdaxilədən sonra yaralının həyat təhlükəsi aradan qaldırılıb. Həkimlər Rəfi Babayevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Sürücünün izahatı alınıb və avtomobil cərimə meydançasına aparılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, evdən çıxan Rəfi Babayev yolu keçərək yaxınlıqdakı marketə getmək istəyib. Yol işıqsız və yağıntı səbəbilə sürüşkən olduğundan, həmçinin "Range Rover" markalı avtomaşın sürət həddini aşdığından məlum qəza baş verib.

Qeyd edək ki, "Range Rover" markalı avtomaşının sürücüsü diş həkimidir və hadisə o, işdən evinə qayıdarkən baş verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/518425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR