"Qarabağ" Qəbələyə təyyarə ilə gedəcək

"Qarabağ" Qəbələyə təyyarə ilə gedəcək
12:22 17 Fevral 2017
128 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Qəbələ"nin qonağı olacaq "Qarabağ" komandası səfərə təyyarə ilə yollanacaq. Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ağdam təmsilçisi bu gün saat 17:00-da Qəbələyə uçacaq.
Cəzalı Ağabala Ramazanovla zədəli Dani Kintananın "Qəbələ"yə qarşı forma geyinməyəcəyi dəqiqdir. Kapitan Rəşad Sadıqovun durumuna isə oyun saatına aydınlıq gələcək.
Qeyd edək ki, fevralın 19-da keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 17:30-da başlayacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-qebeleye-teyyare-ile-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR