İslamın sonu, Avropanın ölümü, NATO-nun süqutu - KABUS YAXINLAŞIR

İslamın sonu, Avropanın ölümü, NATO-nun süqutu - KABUS YAXINLAŞIR
12:23 17 Fevral 2017
159 Dünya
Ölkə mətbuatı
A- A+

Bu il seçkilər keçiriləcək dünyanın iri dövlətlərində - Fransa, Hollandiya, Almaniya və İtaliyada radikal sağçıların reytinqi çox yüksək qiymətləndirilir.

Publika.az
xəbər verir ki, Fransada ilkin nəticələr “Milli Cəbhə”nin lideri Marina Le Penin prezident seçkilərinin ilk turundan qalib çıxacağını göstərir.

Rəy sorğusuna görə, Le Pen ilk turda 26 faiz səslə ilk sırada yer alacaq. Fransa tarixində radikal sağçılar ilk dəfədir ki, bu qədər yüksək reytinqə malikdirlər.

Le Pen Fransanın NATO və Avropa İttifaqından çıxmasının tərəfdarıdır.

Müstəqil namizəd Emmanuel Makronun isə ilk turda 23 faiz səslə ikinci sırada yer alacağı gözlənilir.

“En Marce - Yürüş” hərəkatının lideri olan keçmiş iqtisadiyyat naziri Makron dünən bəyan edib ki, Fransa vaxtilə etdiklərinə görə Əlcəzairdən üz istəməlidir.

Adı korrupsiyada hallanan mərkəz sağçıların namizədi François Fillonun isə ilk turda mübarizədən kənarlaşdırılacağı ehtimal edilir.

Fransada prezident seçkilərinin ilk turu 23 apreldə keçiriləcək.

Sorğunun nəticələrində qeyd olunur ki, Le Pen və Makron ikinci tura keçəcək. İkinci turda Makron 62 faiz səs toplayacaq və Le Peni məğlub edəcək.

Hollandiyada isə irqçi və islamofob Geert Vildersin reytinqi yüksəkdir. Sorğulara görə, Azadlıq Partiyasının lideri Vilders gələn ay keçiriləcək parlament seçkilərində ən azı 30 mandat qazanacaq.

Vilders Hollandiyada məscidlərin bağlanılmasını tələb edir və həmçinin, o, İslamı nasistlərlə müqayisə edən radikal fikirlər səsləndirir.

Almaniya və İtaliyada da vəziyyət radikal sağçıların xeyrinədir.

Qeyd edək ki, bu ölkələrdə sağçılar hakimiyyətə gələrsə, bu, “Brexit”dən sonra zəifləyən Avropa İttifaqının süqutu deməkdir.

Ekspertlər ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra Avropadakı radikal sağçıların gücləndiyini deyirlər. Buna səbəb isə Trampın Avropa İttifaqına və NATO-ya qarşı çıxışlar etməsidir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR