Rauf Arifoğlu: “Elektron mediaya da maliyyə yardımı ayrılmalıdır”

Rauf Arifoğlu: “Elektron mediaya da maliyyə yardımı ayrılmalıdır”
12:23 17 Fevral 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

“Dövlət tərəfindən yazılı mediaya edilən maliyyə dəstəyi elektron mediaya da şamil olunmalıdır”.

Publika.az xəbər verir ki, bu fikirləri “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün Milli Məclisdə aparıcı KİV-lərin rəhbərləri ilə keçirilən görüşdə çıxışı zamanı bildirib.

R.Arifoğlu təklif edib ki, hazırda elekton medianın buna böyük ehtiyacı var:

“Bu gün çap mediası Azərbaycan Respublikası yanında Kütləvi İnformasiya Vasitələrində Dəstək Fondunun sayəsində ayaqdadır. Xüsusilə xarici dildə fəaliyyət göstərən və Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdıran elektron medianın bu yardıma ehtiyacı var”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/188182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR