Mal-qara oğurlayan cinayətkar qrup tutuldu

Mal-qara oğurlayan cinayətkar qrup tutuldu
12:24 17 Fevral 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Ağdaşda mal-qara oğurlamaqda şübhəli bilinən qrup tutulub.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də rayon ərazisindəki fermalardan birindən 31 baş qoyun oğurlamaqda şübhəli bilinən qrupun üzvləri  - Xosrov kənd sakinləri Ədalət Quliyev, Murad Cabbarov və qardaşı Pərviz tutulublar. M. Cabbarovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2015-ci ilin iyun ayında Külkəl kəndi ərazisində Mingəçevir Regional Elektrik Şəbəkəsinə məxsus Qəbələ hava xəttinin alüminiumdan olan 20 metrlik hissəsini kəsərək oğurlaması da müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR