Ukraynada qanlı döyüşlər: 3 ölü, 10 yaralı

Ukraynada qanlı döyüşlər: 3 ölü, 10 yaralı
12:27 17 Fevral 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Son 24 saat ərzində üç Ukrayna hərbçisi separatçılar tərəfindən öldürülüb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib. 

"Son 24 saat ərzində 3 qəhrəman hərbçimiz həlak olub, 10 hərbçimiz isə yaralanıb", - deyə qeyd edib.

Qeyd edək ki, atəşkəsin elan olunmasına baxmayaraq, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR