Qaçqın düşərgəsində 15 yaşlı qız ərə verildi - FOTO

Qaçqın düşərgəsində 15 yaşlı qız ərə verildi - FOTO
12:32 17 Fevral 2017
328 Dünya
Ölkə mətbuatı
A- A+

İraqda, İŞİD-in əlində olan Mosul şəhərindən qaçmış yerli sakinlərin sığındıqları qaçqın düşərgəsində ikinci toy olub.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, 25 yaşlı Hüseyn Zeyno Danun və 16 yaşlı Şəbad Əhməd Abed ailə qurublar.

Bəylə gəlin kürddürlər.

Mosulda evlərini qoyub çıxmış kürdlərin toyunda bəylə gəlin qəmli görünürdülər. Onların üzü gülmürdü.

Hazer qaçqın düşərgəsindəki toyda bəylə gəlinin qəmli olmalarının səbəbi isə onların hər ikisinin ailə üzvlərinin əksəriyyətinin Mosulda həlak olmalarıdır.

Həmin binəvaları İŞİD terrorçuları qətlə yetiriblər.

İraqda ailə qurmaq üçün minimal yaş həddi 18-dir. Lakin valideynlərin icazəsi olarsa, 15 yaşda evlənmək də mümkündür.

Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı başlayandan bəri şəhəri 160 min insan tərk edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR