Azərbaycan idmançısından rekord

Azərbaycan idmançısından rekord
12:42 17 Fevral 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

İsveçrədə dağ xizəyi üzrə dünya çempionatı keçirilir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Patrik Braxner də qüvvəsini sınayır.

Milliləşən legioner Sankt-Moritsdə təşkil olunan yarışda giqant-slalomda start xəttinə çıxıb. İlk cəhddə məsafəni 1 dəqiqə 2,32 saniyəyə qət edən idmançımız ikinci startda nisbətən zəif olub - 1.03,37. Yekunda 2.05,69 nəticə göstərən Patrik mundialı 30-cu pillədə başa vurub.
 
Bu göstərici Braxner üçün yeni rekorddur. Belə ki, təmsilçimiz karyerasında heç vaxt dünya 30-cusu olmamışdı. 2011-ci ildə giqant-slalomda 83-cü, 2013-cü ildə slalomda 37-ci olan Patrik 4 il öncəki rekordunu 7 pillə yaxşılaşdırıb.  O, həmin mundiallarda digər növdə finişə çatmayıb.
 
Qeyd edək ki, dünya çempionu olan hollandiyalı Stefan Vinkelhorst iki cəhdin cəmində 1 dəqiqə 59,08 saniyə ntəicə göstərib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR