"Krasnodar" vitse-prezidenti: "Biz "Qalatasaray"lıyıq"

"Krasnodar" vitse-prezidenti:   "Biz "Qalatasaray"lıyıq"
12:47 17 Fevral 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

"Çox yaxşı bir "Qalatasaray"lıyam. Bizim könlümüz "Qalatasaray"dadı, rəngimiz bəllidi. "Biz "Qalatasaray"lıyıq". 


Fanat.Az xəbər verir ki, bu sözləri Rusiyanın "Krasnodar" klubunun vitse-prezidenti Bahattin Demirbilek deyib. 


"Krasnodar" Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununda "Fənərbaxça"nı qəbu edib və 1:0 hesablı qələbə qazanıb. Oyundan sonra açıqlama verən Bahattin Demirbilek "Qalatasaray" azareşi olduqlarını bildirib.


Bahattin Demirbilek 22 yaşında Rusiyaya yollanıb və uzun illər "Evyap"ın Rusiya ofisinə rəhbərlik edib. 2006-cıildə o, "Esta İnşaat" şirkətini qurub. Türk iş adamının şirkəti bir çox böyük ləyihələrin tikintisində, o, cümlədən Rusiyanın ən böyük ticarət mərkəzinin inşaasında iştirak edib. "Krasnodar"ın ev oyunlarını keçirdiyi stadionu da "Esta İnşaat" tikib. Bahattin Demirbilek həm də klubun vitse-prezidentidi.


İş adamının Duyğun Yarsuvat "Qalatasaray"a rəhbərlik etdiyi dövrdə prezidentliy namizəd olacağı deyilirdi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkrasnodarquot-vitse-prezidenti-t56326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR