ABŞ-ın Baş Qərargahlar rəisi Türkiyədə səfərdədir

ABŞ-ın Baş Qərargahlar rəisi Türkiyədə səfərdədir
12:47 17 Fevral 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ ABŞ-ın Baş Qərargahlar rəisi, general Cozef Danford fevralın 17-də Bakıdan Türkiyəyə səfər edib.
“Report” DHA-ya istinadən xəbər verir ki, o, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akarla görüşüb.
Görüş Türkiyənin Adana bölgəsində yerləşən İncirlik hərbi bazasında keçirilib və ABŞ-ın həyata keçirdiyi Rakka əməliyyatına Türkiyə hərbçilərinin qatılıb-qatılmaması məsələsi də müzakirə edilib.
Qeyd edək ki, ötən gün ABŞ-ın Baş Qərargahlar rəisi, general Cozef Danford rusiyalı həmkarı Valeri Gerasimovla Bakıda görüş keçirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-in-bas-qerargahlar-reisi-turkiyede-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR