Dünya bu 7 yaşlı qızdan danışır - FOTO

Dünya bu 7 yaşlı qızdan danışır - FOTO
12:52 17 Fevral 2017
195 Maraqlı
Ölkə mətbuatı
A- A+

İngiltərənin Hereford şəhərində yaşayan Xlo Braycvoter adlı 7 yaşlı qız "Google"a iş üçün məktubla müraciət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, məktubda belə yazıb:

"Adım Xlo Braycvoterdir və böyüyəndə həm "Google"da, həm də şokolad fabrikində çalışmaq istəyirəm. Olimpiadada üzmək də istəyirəm. Atam "Google"da çalışarsam, "go kart"a (Uşaqlar üçün yarış avtomobili) minə və attraksionda sürüşə biləcəyimi deyib. Kompüteri sevirəm, tabletim də var. Onda oyunlar oynayıram. Atam mənə bir gün kompüter alacağını söyləyib. 7 yaşım var. Müəllimim anama və atama dərslərimdə yaxşı olduğumu deyib".

O, sonda: "İnanıram ki, məktubumu cavablandırarsınız, çünki daha öncə yalnız Şaxta babaya məktub yazmışdım", - deyə qeyd edib.

"Google" balaca qızın məktubuna cavab verib:
 
"Müraciət rədd edildi".

Lakin bunu olduqca incə bir şəkildə cavablandıran şirkət Xloya yol göstərməyi də unutmayıb.

Məktubu şəxsən Google CEO-su Sundar Piçai cavablandırıb:

"Sevgili Xlo, məktubun üçün təşəkkürlər. Kompüterlər və robotlarla maraqlanmağın məni sevindirdi. Ümid edirəm ki, texnologiya ilə bağlı şeylər öyrənməyə davam edərsən. Xəyallarının arxasınca getməyini və çox çalışmalı olduğunu düşünürəm. "Google"da çalışmaqdan Olimpiadada üzməyə qədər qarşına qoyduğun bütün məqsədlərinə çata bilərsən. Məktəbi bitirdiyin zaman iş üçün müraciət etməyini səbirsizliklə gözləyirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR