72 yaşında cinsiyyətini dəyişdirdi

72 yaşında cinsiyyətini dəyişdirdi
12:53 17 Fevral 2017
208 Digər
Ölkə mətbuatı
A- A+

Çində 72 yaşlı təqaüdçü Sin Yue cinsiyyətinin dəyişdirərək qadın olub.

Publika.az xəbər verir ki, bu haqda “China Daily” qəzeti yazıb.

Qəzetin məlumatına görə, əməliyyat fevralın 15-də Çinin cənubunda yerləşən Quandun əyalətinin Xueyçjou şəhərində keçirilib.

“Mən öz arzuma çatdım”, - deyə pasiyent əməliyyatdan sonra bildirib.

O, əməliyyatdan əvvəl testlər seriyasını keçməli və mindən çox suala cavab verməli olub. Sin Yuenin sözlərinə görə, uşaqlıqda tez-tez qız kimi geyinirdi. O, 1970-ci ildə evlənib və üç il sonra qız övladı doğulub. Cütlük 2000-ci ildə boşanıb.

Onun keçmiş arvadı Len Juy keçmiş ərinin qərarının tamamilə dəstəkləyib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/188188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR