"Azəravtoyol" qışa hazır olmayan sürücülərə yola çıxmamağı tövsiyə edir

"Azəravtoyol" qışa hazır olmayan sürücülərə yola çıxmamağı tövsiyə edir
12:57 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar "Azəravtoyol” ASC gecəboyu gücləndirilmiş iş rejimində çalışıb. "Report" xəbər verir ki, bu, cəmiyyətin məlumatında bildirilib. 
Məlumatda qeyd edilib ki, “Azəravtoyol”un əməkdaşları gecədən başlayaraq Bakı şəhərində cəmiyyətin balansında olan küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.
"Azəravtoyol" ASC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu və səhər saatlarından başlayaraq qarın ən çox yağdığı və buzlaşmanın olduğu əraziləri, problemli yolları nəzarətdə saxlayıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.
Cəmiyyət tərəfindən aparılan qabalayıcı tədbirlərin nəticəsində qısa müddət ərzində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda “Azəravtoyl”un balansında olan avtomobil yollarında vəziyyət normaldır.
“Azəravtoyol” ASC-nin yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində gördüyü işlərə baxmayaraq, yenə də nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələri digər sürücülərin də hərəkətinə maneə törətməklə, yollarda tıxacların yaranmasına səbəbkar olublar. Üstəlik texnikaların vaxtında həmin ərazilərə cəlb olunmasına problem yaradıblar. Buna görə də bu cür hazırlıqsız sürücülərin yollara çıxmaları tövsiyə edilmir", - deyə məlumatda qeyd edilib.









Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azeravtoyol-qisa-hazir-olmayan-suruculere-yola-cixmamagi-tovsiye-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR