İki qızın sosial şəbəkə yazışması qorxunc cinayət planlarının üstünü açdı

İki qızın sosial şəbəkə yazışması qorxunc cinayət planlarının üstünü açdı
13:12 17 Fevral 2017
317 Dünya
Ölkə mətbuatı
A- A+

Keçən ilin oktyabr ayında ailəsinin itkin düşməsiylə bağlı müraciət etdiyi Esra İ. (19) İstanbulda qaldığı evdən Kocasinan Polis Mərkəzinə gələrək öz istəyiylə İstanbula gəldiyini, itkin olmadığını söyləyincə İŞİD-lə əlaqəsi ortaya çıxıb.

Ailəsinin "İŞİD-ə qoşulmuş ola bilər" xəbəriylə nəzarətə alınan Esra İ. haqqında açılan istintaqda hər şeyi etiraf edib. Bingöl Universitetində oxuyarkən İŞİD-ə simpatiya duymağa başladığını ifadə edən 19 yaşlı qız Tvitterdən tanış olduğu köhnə bir polis məmuru Məhəmməd Gültekinin dəvəti ilə İstanbula gəldiyini deyib. Maryam S. də eyni evdə nəzarətdə saxlanılıb. İki qızın sosial şəbəkədən tanış olduqları müəyyən edilib. Edilən araşdırmada isə Esra İ. ilə Maryam S.-in canlı bomba olmaq istədikləri barədə yazışmaları ortaya çıxıb. Tutulan qızlar İŞİD-in onlara icazə verəcəyi halda bu addımı atmaq istədiklərini etiraf ediblər. 

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR