Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib

Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib
13:12 17 Fevral 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib.

Milli.Az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişiklik AFFA-nın müraciəti əsasında aparılıb. 

7 mart - 9 martda Qətərin paytaxtı Dohada milli komandanın toplanış, eləcə də Azərbaycan və Qətər milli komandalarının yoldaşlıq oyunu keçiriləcəyi səbəbindən Azərbaycan Premyer Liqasının XXII turunda dəyişiklik edilməsi xahiş olunub. Milli komanda amilini nəzərə alan PFL qərara alıb ki, XXII turunun "Kəpəz" - "Zirə" və "İnter" - "Sumqayıt" matçları martın 11-dən martın 13-nə, "Qarabağ" - AZAL və "Neftçi" - "Qəbələ" matçları martın 12-dən martın 14-nə keçirilsin. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR