Odessada azərbaycanlı kriminal avtoritet saxlanılıb

Odessada azərbaycanlı kriminal avtoritet saxlanılıb
13:22 17 Fevral 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukraynanın Milli Polis və Təhlükəsizlik Xidməti əməkdaşları birgə keçirdikləri xüsusi əməliyyat əsnasında Odessa ərazisində fəaliyyət göstərən azərbaycanlı kriminal avtoriteti saxlayıblar.    

Milli.Az xəbər verir ki, oxu.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir. 

Saxlanılan şəxs silah və narkotiklərlə bağlı cinayətlərin törədilməsi ilə əlaqədar axtarışda idi. Əslən Bakıdan olan gənc hazırda həbsxanada olan "Qulu" ləqəbli "qanuni oğru"nun yetirməsidir. 

Ukrayna Milli Polis və Təhlükəsizlik Xidmətinin nümayəndəsinin sözlərinə görə, avtoritet müqavimət göstərib və əməliyyatçıları hədələyib. Hazırda müvəqqəti təcridxanadadır və o, 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.   

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/518457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR