Quba-Xınalıq yolunda qar uçqunu: 8 kəndlə əlaqə kəsildi

Quba-Xınalıq yolunda qar uçqunu: 8 kəndlə əlaqə kəsildi
13:24 17 Fevral 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, uçqun magistralın 37-ci kilometrliyində baş verib.

 

Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib. 
 

“Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR