Ürəyindəki problemdən qurtuldu, futbola qayıdır

Ürəyindəki problemdən qurtuldu, futbola qayıdır
13:27 17 Fevral 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

ABŞ yığmasının üzvü Klint Dempsi futbola qayıdıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Siettl Saunders" klubunun yarımmüdafiəçisi sağlamlıqla bağlı üzləşdiyi problemdən qurtulub.

Belə ki, 34 yaşlı futbolçu ürəyindəki problemlə əlaqədar, son yarım il ərzində yaşıl meydanlardan uzaq düşmüşdü. Lakin Dempsi hazırda özünü yaxşı hiss etdiyini və futbol oynamağa hazır olduğunu bildirib: "İdeal formama yaxınlaşıram. İndiki vəziyyətdə 85-90 faiz hazıram".
 
Qeyd edək ki, karyerası ərzində "Fulhem" və "Tottenhem" klublarının da formasını geyinmiş Dempsi həkimlərin məsləhətinə əsasən, sentyabrda məşqləri dayandırmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR