"Report": Repo əməliyyatları dollarlaşma səviyyəsini azalda bilər

"Report": Repo əməliyyatları dollarlaşma səviyyəsini azalda bilər
13:32 17 Fevral 2017
126 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan bankları repo əməliyyatlarının inkişaf etdirməklə hazırda bank sektoru üçün ən böyük problemə çevrilən manat qıtlığı problemini həll etmiş olarlar. 
"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il üzrə açıqladığı "Qiymətli kağızlar bazarının icmal göstəriciləri" hesabatına istinadən xəbər verir ki, ötən il repo bazarında cəmi 2 əqd bağlanıb və əməliyyatların həcmi 2,064 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin yekun göstəricisi ilə müqayisədə 60 dəfə azdır. 
Qeyd edək ki, repo (repurchasing agreement) qiymətli kağızların geri almaq öhdəliyi ilə əməliyyatları nəzərdə tutur. Bu əməliyyat vasitəsi ilə kommersiya bankları əhali ilə qısamüddətli, 1-30 günlük əqdlər bağlayaraq manat kütləsi cəlb edə bilər. Depozit əməliyyatlarından fərqli olaraq repo əməliyyatları daha qısa müddəti əhatə etdiyinə görə manat kütləsinin cəlb edilməsi üçün daha effektiv sayılır. Həmçinin, repo əqdlərinin üstünlüyü ondan ibarətdir ki, bu əməliyyatlar vasitəsilə cəlb olunan vəsaitin əvəzində əhaliyə dövlət qiymətli kağızı (DGK) təqdim edilir ki, bu qiymətli kağızlar da 0% risklə ölçülür. Banklar repo əqdləri vasitəsilə gəlirliyi 14-15% olan illik DGK-ları manat vəsaiti olan əhaliyə daha aşağı, amma cəlbedici faiz həddi, məsələn 10%-lə təqdim edərək həm yenidən manat cəlb edə bilər, həm də DGK ilə repo arasında yaranan 4-5%-lik fərqdən mənfəət əldə edə bilər. Əldə olunan vəsait isə yenidən kredit əməliyyatlarında istifadə oluna bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/report-repo-emeliyyatlari-dollarlasma-seviyyesini-azalda-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR