Fariz Yusifovun təyinatı rəsmiləşdi

Fariz Yusifovun təyinatı rəsmiləşdi
13:37 17 Fevral 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında XIX turun oyunlarına bütün təyinatları açıqlanıb. 

Fanat.Az xəbər verir ki, "Qəbələ" - "Qarabağ" oyunu gözlənildiyi kimi Fariz Yusifova tapşırılıb. Fanat.Az bu barədə özəl mənbələrə istinadən xəbər yaymışdı. 

FIFA referisi Rəhim Həsənov "Sumqayıt" - AZAL oyununa təyinat alıb. "İnter" - "Zirə" matçını sabiq beynəlxalq dərəcəli hakim Orxan Məmmədov iadərə edəcək. "Neftçi" - "Kəpəz" görüşündə isə ədaləti Rauf Cabbarov qoruyacaq.

18 fevral
İnter - Zirə
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Kərim Ağayev.
“İnter Arena”. Saat 15.30.

Neftçi - Kəpəz
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Bakcell Arena”. Saat 18.00.

19 fevral
Sumqayıt - AZAL
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Asim Xudiyev.
“Kapital Bank Arena”. Saat 15.00.

Qəbələ - Qarabağ
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Qəbələ şəhər stadionu. Saat 17.30.

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fariz-yusifovun-tyinat-rsmildi-t56328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR