Azərbaycanda elektron mediaya maliyyə dəstəyi göstərilə bilər

Azərbaycanda elektron mediaya maliyyə dəstəyi göstərilə bilər
13:37 17 Fevral 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

"Elektron mediaya dövlət tərəfindən maddi dəstəyin verilməsi məsələsi yaxın gələcəkdə öz həllini tapacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu gün Milli Məclisdə media rəhbərləri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ gündəmdədir.

V.Səfərli qeyd edib ki, əgər vəsait ayrılsa, bu, bütün elektron KİV-lərə şamil edilməyəcək:

"Bu gün saytları hər kəs izləyir. Onların materiallarının 80 faizi bir-birindən köçürmədir və eynidir. Bu cür xəbər portallarının olmasına nə ehtiyac var? Hesab edirəm ki, maddi yardım olanda, əsasən xarici dillərdə fəaliyyət göstərən və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran KİV-lər maliyyələşdiriləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/518472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR