Ekspert: "Hərbi jurnalistika sahəsində qanun layihəsinin hazırlanmasına ehtiyac var"

Ekspert: "Hərbi jurnalistika sahəsində qanun layihəsinin hazırlanmasına ehtiyac var"
13:42 17 Fevral 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda hərbi jurnalistika sahəsində müvafiq qanun layihəsinin hazırlanmasına ehtiyac var".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev bu gün Milli Məclisdə media rəhbərləri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, qanun layihəsində həm jurnalistlərin fəaliyyəti, həm də sığortası ilə bağlı məsələlər öz əksini tapa bilər: "Hazırda hər hansı elektron, yazılı və ya televiziya jurnalistinin hərbi sahəyə göndərilməsinin özü təhlükəli prosesdir. Çünki orada istənilən hadisə baş verə bilər".

A.Nağıyev bildirib ki, jurnalistlərin bu məsələlərdən sığortalanması, senzuraya məruz qalan ərazilərdə onların nə ilə üzləşməsi qanunla tənzimlənməlidir:

"Son vaxtlar dünyanın hər yerində həlak olan jurnalistlərin bir çoxu məhz hərbi jurnalistika ilə bağlıdır. Bu baxımdan, hərbi jurnalistika sahəsində qanun layihəsinun hazırlanmasına ehtiyac var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/518474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR