"Siçovullar bizə hücum çəkib" - 7 uşaq anası evdən qaçır - FOTO

"Siçovullar bizə hücum çəkib" - 7 uşaq anası evdən qaçır - FOTO
13:42 17 Fevral 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

"Bu siçovulların əlindən artıq yaşamımız müsibətə çevrilib. Evdə yüzlərlə siçovul var. Məcbur qalmışam, uşaqlarımı da götürüb evi tərk edirəm".

Yeddi uşaq anası Karla Hezlett pərişandır. O, naçar qaldığını söyləyir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Liverpul şəhərinin Mersisayd səmtində, Botlda yaşayan ailə problemini həll edə bilmədiyindən evi sataraq çıxmağı çarə sayır.

Karla Hezlettin sözlərinə görə, 10 yaşlı qızı Simiyə dünən 15 sm uzunluğunda siçovul hücum çəkibmiş.

Üç yataq otaqlı evi bələdiyyə gəmiricilərdən təmizləyəcəyini vəd etsə də, problem həll olunmayıb.

Karla evdə yüzlərlə gəmiricinin olduğunu söyləyir.

"Bu evə iki il əvvəl köçdük. Bir neçə aydan sonra siçovullar peyda oldular. İndisə onların sayı-hesabı bilinmir", - Karla deyib.

Onun sözlərinə görə, 19 yaşlı oğlu Stiven mətbəxdə iki siçovul öldürüb.

Üstəlik, siçovullar evdə 2500 funtluq xalçaları, masaları və mebeli məhv ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR