Səfa Mirzəyev: “Milli Məclis Xocalı soyqırımına həm siyasi, həm də hüquqi qiymət verib”

Səfa Mirzəyev: “Milli Məclis Xocalı soyqırımına həm siyasi, həm də hüquqi qiymət verib”
13:48 17 Fevral 2017
212 Digər
Ölkə mətbuatı
A- A+

“Xocalı soyqırımına Milli Məclisdə aparılan müzakirələr zamanı həm siyasi, həm də hüquqi qiymət verilib”.

Publika.az xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bu gün parlamentdə media rəhbərləri ilə keçirilən görüş zamanı bildirib.

S.Mirzəyev deyib ki, Milli Məclis 7 dəfə Xocalı hadisəsini soyqrımı kimi tanıyan qərar qəbul edib:

“Milli Məclis 25 il bundan öncə Xocalıda baş verən hadisələri təkcə siyasi deyil, eyni zamanda hüquqi baxımdan da soyqırımı kimi tanıyıb. Xocalı soyqırımının baş verdiyi ötən 25 ilin 24 ilində bu soyqırımı hadisəsi Milli Məclisdə müzakirə olunub. Demək olar ki, hər bir müzakirənin yekunu olaraq qəbul edilən qərarların əksəriyyətində Xocalı faciəsi hüquqi cəhətdən soyqırımı kimi tanınıb. Bunun üçün Milli Məclisin qəbul etdiyi qərarlara baxmaq yetərlidir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR