"Qarabağ" Qəbələyə təyyarə ilə gedəcək

"Qarabağ" Qəbələyə təyyarə ilə gedəcək
13:52 17 Fevral 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Qəbələ"nin qonağı olacaq "Qarabağ" komandası səfərə təyyarə ilə yollanacaq.

Milli.Az Report-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün saat 17:00-da Qəbələyə uçacaq.

Cəzalı Ağabala Ramazanovla zədəli Dani Kintananın "Qəbələ"yə qarşı forma geyinməyəcəyi dəqiqdir. Kapitan Rəşad Sadıqovun durumuna isə oyun saatında aydınlıq gələcək.
Qeyd edək ki, fevralın 19-da keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 17:30-da başlayacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR