FİFA referisindən biabırçı qərar - FOTO

FİFA referisindən biabırçı qərar - FOTO
14:17 17 Fevral 2017
129 İdman
Ölkə mətbuatı
A- A+

Avropa futbolunda söz-söhbətə səbəb olacaq daha bir hadisə baş verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsində keçirilən "Legiya" - "Ayaks" matçında hakimlər kobud səhvlə yadda qalıblar.

Belə ki, Varşavada baş tutan qarşılaşmanın əvvəllərində qonaq komandanın təmiz qolu hesaba alınmayıb. Məsələ burasındadır ki, Devi Klaasenin zərbəsindən sonra "Legiya"nın qolkiperi topu qapı xəttini tam keçdikdən sonra qaytarsa da, bu, ispaniyalı hakimlər briqadasının gözündən yayınıb. Nə baş hakim David Fernandes Borbalan, nə yan xətt hakimi, nə də qapı arxasında dayanan referi epizodu düzgün qiymətləndirə bilib. Nəticədə daha bir biabırçı hakim səhvi qeydə alınıb.
 
Son vaxtlar baş verən analoji problemlər üzündən əksər ölkələr texnologiyanın köməyinə ehtiyac duymağa başlayıblar. Bu gedişlə UEFA da avrokuboklarda videotəkrardan istifadə edəcək.
 
Qeyd edək ki, "Legiya" - "Ayaks" görüşü 0:0 hesabı ilə başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR