Rasim Balayev: "Hazırda səhhətim yaxşıdır"

Rasim Balayev: "Hazırda səhhətim yaxşıdır"
14:22 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ "Hazırda səhhətim yaxşıdır".
Bunu “Report”a açıqlamasında xalq artisti Rasim Balayev bildirib. 
"Mətbuatda mənim və həyat yoldaşımın səhhətinin yaxşı olmaması, xaricə getməyimiz ilə bağlı xəbərlər yayılmışdı. Hazırda hər ikimizin də vəziyyəti yaxşıdır. Həyat yoldaşım Bakıda xəstəxanaların birində dizindən əməliyyat olunub. Hazırda ev şəraitində müalicəsini davam etdirir və həkimlər vəziyyəti normal qiymətləndirirlər”, - deyə aktyor vurğulayıb.
Qeyd edək ki, R.Balayev bir müddətdir mədəsində yaranmış problemlərdən əziyyət çəkirdi.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/hazirda-sehhetim-yaxsidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR