Nazir: "Türkiyə, Gürcüstan və Azərbaycan iqtisadi inteqrasiya üçün potensialından istifadə etməlidir"

Nazir: "Türkiyə, Gürcüstan və Azərbaycan iqtisadi inteqrasiya üçün potensialından istifadə etməlidir"
14:22 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Türkiyə, Gürcüstan və Azərbaycan iqtisadi inteqrasiyanın genişləndirilməsi üçün öz potensialından və imkanlarından istifadə etməlidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə-Azərbaycan-Gürcüstan formatında keçirilən beşinci biznes-forum zamanı Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib.

Nazirin sözlərinə görə, bu ölkələr coğrafi mövqeləri sayəsində dünyanın iqtisadi və nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir və qərblə şərq arasında körpü rolunu oynayırlar.

Forum zamanı qeyd olunub ki, üç ölkə arasında ticarət dövriyyəsinin həcmi 14 milyard dollar təşkil edir. Bu rəqəmin gələcəkdə 20 milyard dollara çatdırılması planlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/518494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR