Ziyafət Əsgərov: “Xocalı soyqırımı ilə bağlı dünya dövlətlərinə müraciət edəcəyik”

Ziyafət Əsgərov: “Xocalı soyqırımı ilə bağlı dünya dövlətlərinə müraciət edəcəyik”
14:28 17 Fevral 2017
140 Digər
Ölkə mətbuatı
A- A+

“Hər il olduğu kimi bu il də Azərbaycan Milli Məclisi dünya ölkələrinin parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət edəcək”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

O deyib ki, əvvəlki illərdə də Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciətlər edilib:

“Bildiyiniz kimi, Milli Məclis Xocalı Soyqırımının 10, 15, 20 illiyi ilə bağlı qərarlar qəbul edib. Milli Məclis hər il Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edir. Bu il də bu qərar qəbul olunacaq. Biz dünya dövlətlərinə müraciət edəcəyik”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR