Qarlı hava ilə bağlı Bakı Avtovağzalından açıqlama

Qarlı hava ilə bağlı Bakı Avtovağzalından açıqlama
14:42 17 Fevral 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarlı hava rayonlardan gələn marşrutların fəaliyyətinə təsir etməyib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, səhər saatlarında bölgələrdən Bakı istiqamətinə start götürən marşrut avtobusları paytaxta qrafikə uyğun çatıb:

"Marşrut avtobuslarının qrafikində gecikmələr yoxdur. Bakıdan da bölgələrə gedən avtobusların hərəkətində də gecikmələr olmayıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/518506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR