FİFA 2022-ci ildə dünya çempionatı qışda keçiriləcəyi üçün klublara təzminat ödəyəcək

FİFA 2022-ci ildə dünya çempionatı qışda keçiriləcəyi üçün klublara təzminat ödəyəcək
15:07 17 Fevral 2017
140 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ 2022-ci il dünya çempionatı mövsümün ortalarında keçirilsə, FİFA Avropa klublarına üst-üstə 1 milyard avro təzmint ödəyəcək. "Report"un AS nəşrinə istinadən verdiyi məlumata görə, FIFA prezidenti Canni İnfantino bu məqsədlə Qətərə səfər edib.
Ali futbol qurumunun 47 yaşlı isveçrəli rəhbəri Dohada olduğunu müddətdə Qətər dövlətinin rəsmiləri ilə görüşərək, təzminatın məbləğini müzakirə edəcək.
Qeyd edək ki, daha əvvlə Avropa Klubları Assosiasiyası 2022-ci il dünya çempionatının 5 may - 4 iyunda keçirilməsini təklif edib. Lakin Qətər dövləti həmin tarixin Ramazan ayı ilə üst-üstə düşüyünü əsas gətirərək, təklifi geri çevirib. Nəticədə mundialın 21 noyabr - 18 dekabr aralığında təşkil olunmasına qərar verilib. Lakin bu müddət 213 klubu özündə birləşdirən ECA-nı razı salmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fi-fa-2022-ci-ilde-dunya-cempionati-qisda-kecirileceyi-ucun-klublara-tezminat-odeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR