Sorğu: Almaniya kansleri rəqibindən 11 faiz az səs toplayıb

Sorğu: Almaniya kansleri rəqibindən 11 faiz az səs toplayıb
15:07 17 Fevral 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ “Almaniyada kansler birbaşa seçilsəydi Sosial-Demokrat Partiyasının namizədi Martin Şults səsələrin 49 faizini, indiki kansler Angela Merkel isə 38 faizini qazanardı”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Forschungsgruppe Wahlen” sosiloji araşdırma mərkəzinin “ZDF” telekanalının sifarişi əsasında keçirdiyi rəy sorğusunun fevralın 17-də açıqlanan nəticələrində bildirilib.
Rəyi soruşulanların 38 faizi namizədlər arasında fərq görmədiklərini vurğulayıb. Respondentlərin 71 faizi Almaniya Sosial-Demokrat Partiyasına rəğbət bəslədiklərini söyləyiblər.
Yanvarda keçirilən müvafiq sorğuda isə respondentlərin 44 faizi Merkelə, 40 faizi isə Almaniya Sosial-Demokrat Partiyasının namizədi Martin Şultsa səs verəcəklərini bildirmişdi.
Qeyd edək ki, Almaniya parlamentinə, Bundestaqa seçkilər bu il sentyabrın 24-də keçiriləcək. Seçkinin nəticələrinə əsasən, yeni hökumət formalaşacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sorgu-almaniya-kansleri-reqibinden-11-faiz-az-ses-toplayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR