Professor Paulo Pinto: "Bəzi separatçı qruplaşmalar dini və milli amillərdən istifadə edərək qarşıdurmalar yaradır"

Professor Paulo Pinto: "Bəzi separatçı qruplaşmalar dini və milli amillərdən istifadə edərək qarşıdurmalar yaradır"
15:22 17 Fevral 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları üçün Şəkidə Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının katibi keşiş Mefodiy və Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgə qazisi Hacı Kamran Məmmədovun da iştirakı ilə toplantı keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplantıda Portuqaliyanın Lusofona Universitetinin Dinşünaslıq Departamentinin müdiri professor Paulo Pintonun“Dinlərarası dialoq” və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin “Azərbaycandakı dini müxtəliflik” mövzusunda mühazirələri dinlənilib.
Professor Paulo Pinto dinlərarası dialoqun dünyada bəzi separatçı qruplaşmaların dini və milli amillərdən istifadə edərək qarşıdurmalar yaratdığı, terror törətdiyi, qətliamlar həyata keçirdiyi müasir zamanda bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunmasının, sülhün və əmin-amanlığın bərqərar olması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Mühazirəçi həmçinin Azərbaycanın həmişə sülhpərvər mövqe nümayiş etdirməsindən, dinlərarası dialoqa verdiyi töhfələrdən söz açıb.
IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Oğuz rayonuna səfər ediblər, buradakı “Yəhudi məhəlləsi”ndə yerli yəhudi icmasının nümayəndələri ilə görüşüblər, Yuxarı və Aşağı məhəllə sinaqoqlarını ziyarət ediblər.





Xəbərin orijinal ünvanı: https://report.az/din/bezi-separatci-qruplasmalar-dini-ve-milli-amillerden-istifade-ederek-qarsidurmalar-yaradir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR