"Neftçi" "Bakcell Arena"nı qardan təmizləmək üçün səfərbər olub

"Neftçi" "Bakcell Arena"nı qardan təmizləmək üçün səfərbər olub
15:27 17 Fevral 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Neftçi" və "Kəpəz" komandaları arasında keçiriləcək oyuna qədər "Bakcell Arena" hazır vəziyyətə gətiriləcək. "Report"un "ağ-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, bu gün "Neftçi"nin rəhbərliyi başda olmaqla, klubun bütün kollektivi arenanın qardan təmizlənməsi üçün gücünü səfərbər edib. 
Dünəndən başlayaraq çoxlu sayda azarkeş kluba müraciət edərək yardımlarını təklif ediblər. "Nefçi" buna görə hər kəsə ayrı-ayrılıqda minnətdarlığını bildirib. Klub bəyan edir ki, hazırda təmizlik işləri tam sürətlə davam edir və kömək üçün zərurət yaranmayıb. "Neftçi" azarkeşləri fevralın 18-də keçiriləcək qarşılaşmaya dəvət edib. 








Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-bakcell-arena-ni-qardan-temizlemek-ucun-seferber-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR