Qazaxıstanda hərbi təlim zamanı qar uçqunu olub

Qazaxıstanda hərbi təlim zamanı qar uçqunu olub
15:27 17 Fevral 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Qazaxıstanın cənubunda Janbıl vilayətinin Koksay dərəsində keçirilən hərbi təlim zamanı qar uçqunu olub.
“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilib ki, hazırda axtarış-xilasetmə işləri aparılır.
“Janbıl vilayətinin Koksay dərəsində əsgərlərin plana uyğun olaraq döyüş hazırlığı yoxlanılarkən qəflətən qar uçqunu yaranıb”, - deyə nazirlikdən bildirilib.
Hadisə ilə bağlı başqa məlumat yayılmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/qazaxistanda-herbi-telim-zamani-qar-ucqunu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR