İsrailin və Fələstinin Azərbaycandakı səfirləri Donald Trampın Yaxın Şərqlə bağlı bəyanatını şərh ediblər

İsrailin və Fələstinin Azərbaycandakı səfirləri Donald Trampın Yaxın Şərqlə bağlı bəyanatını şərh ediblər
15:32 17 Fevral 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ İsrailin və Fələstinin Azərbaycandakı səfirləri ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun İsrail-Fələstin münaqişəsinin həllində "iki xalq üçün iki dövlət" prinsipinə yenidən baxa biləcəyi ilə bağlı bəyanatına münasibət bildiriblər.
Fələstin dövlətinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim "Report"a açıqlamasında bildirib ki, Fələstinin mövqeyi yuxarıda göstərilən prinsipdən başqa heç bir real və praktiki alternativin olmamasıdır.
"Bu, Fələstinin uğrunda mübarizə apardığımız yeganə variantdır" - səfir vurğulayıb.
O, bir dövlət prinsipinin hamı (fələstinlilər və israillilər) üçün bərabər hüquq və vətəndaşlıq verilməsi anlamına gəldiyini, amma İsrailin, öz növbəsində, bunu qəti şəkildə rədd etdiyini bildirib.
Naser Əbdül Kərimin sözlərinə görə, hazırkı İsrail hökumətinin bir çox üzvü tərəfindən təşviq edilən bir dövlət prinsipi dövlət sistemi kimi aparteidin qurulmasına imkan verəcək: "Bu, bütün regionda və ondan kənarda ömürlük işğal, ekstremizm və zorakılığa yol açacaq. Belə olan təqdirdə sülh şanslarına və ABŞ-ın maraqlarına xələl gələcək".
ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsinin mümkünlüyü barədə sualı cavablandıran səfir deyib ki, Tramp administrasiyası belə addımla Pandora mücrüsünü açacağını bildiyindən bundan imtina edir: "Hesab edirik ki, İsraildə ifrat baxışlarla olan ən məsuliyyətsiz elementlərə göz yumulması məsuliyyətli xarici siyasətin aparmağın yolu deyil."
İsrailin Azərbaycandakı səfiri Dan Stav isə ölkəsinin Baş naziri Binyamin Netanyahunun Vaşinqtonda fələstinlilərin istənilən formada razılaşmadan imtina etdikləri ilə bağlı dediyi sözləri xatırladıb. O, Fələstinin İsraili yəhudi dövləti kimi tanımaqdan imtina etdiyini və bunun münaqişənin səbəbi və sülhün əldə olunmasına ən böyük maneə olduğunu bildirib.
"Münaqişə birbaşa sülh danışıqları yolu ilə həll olunmalıdır" - israilli diplomat söyləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-srailin-ve-felestinin-azerbaycandaki-sefirleri-donald-trampin-yaxin-serqle-bagli-beyanatini-serh-ed

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR