“Apple” şirkətinin növbəti təqdimatının tarixi məlum olub

“Apple” şirkətinin növbəti təqdimatının tarixi məlum olub
15:35 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

“Apple” şirkətinin təşkil etdiyi tərtibatçıların illik ümumdünya “WWDC 2017” (Worldwide Developers Conference) konfransının keçirilmə tarixi açıqlanıb. Bu barədə şirkətin saytında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, konfrans iyunun 5-9-da San Xose şəhərində “McEnery Convention Center” mərkəzində keçiriləcək. Sonuncu dəfə “WWDC” bu Kaliforniya şəhərində 2002-ci ildə olub. Altı mindən çox qonaq üçün nəzərdə tutulan zalda minlərlə “Apple” tərtibatçısı iştirak edəcək. İştirakçıların qeydiyyatına martın 27-də başlamaq planlaşdırılır.

Təqdimatda ABŞ şirkətinin əməliyyat sistemlərinin (macOS, iOS, watchOS və tvOS) yeni versiyalarının nümayiş olunacağı gözlənilir. Həmçinin analitiklər sərgidə yeni “iPad” planşetlərinin nümayiş olunacağını ehtimal edirlər. Təqdim ediləcək planşetlər arasında 7,9 düymlü ekrana malik “iPad Pro mini” qurğusu da yer alacaq.

Ötən il keçirilən “WWDC” konfransında “Apple” sonuncu nəsil “iPad Pro” planşetini təqdim edib. Qurğu şirkətin 256 giqabayt toplayıcı ilə təchiz edilən ilk mobil qurğusu olub.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46138-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR