Azərbaycan idmançısından rekord nəticə

Azərbaycan idmançısından rekord nəticə
15:42 17 Fevral 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

İsveçrədə dağ xizəyi üzrə dünya çempionatı keçirilir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Patrik Braxner də qüvvəsini sınayır.

Milliləşən legioner Sankt-Moritsdə təşkil olunan yarışda qiqant-slalomda start xəttinə çıxıb. İlk cəhddə məsafəni 1 dəqiqə 2,32 saniyəyə qət edən idmançımız ikinci startda nisbətən zəif olub - 1.03,37. Yekunda 2.05,69 nəticə göstərən Patrik mundialı 30-cu pillədə başa vurub.

Bu göstərici Braxner üçün yeni rekorddu. Belə ki, təmsilçimiz karyerasında heç vaxt dünya 30-cusu olmamışdı. 2011-ci ildə qiqant-slalonda 83-cü, 2013-cü ildə slalomda 37-ci olan Patrik 4 il öncəki rekordunu 7 pillə yaxşılaşdırıb. O, həmin mundiallarda digər növdə finişə çatmayıb.

Qeyd edək ki, dünya çempionu olan hollandiyalı Stefan Vinkelhorst iki cəhdin cəmində 1 dəqiqə 59,08 saniyə nəticə göstərib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR