Azərbaycanlı biznesmenlər Moskvada bazar aldılar

Azərbaycanlı biznesmenlər Moskvada bazar aldılar
15:47 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"VTB Qrupu" "Velazavod bazarı" ASC-nin səhmlərinin 100%-nin satıldığını bəyan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əqdin dəyəri 712 mln. rubl təşkil edir.

Bazar Moskvanın cənubunda yerləşir.
 
Bank alıcının adını açıqlamayıb. Lakin "Vedomosti"nin əldə etdiyi məlumata görə, bazarın yeni sahibi "Kiyev meydanı" QSC-dir. Şirkətin rəsmisi informasiyanı təsdiqləyib.
 
Qeyd edək ki, "Kiyev meydanı" QSC Azərbaycan əsilli iş adamları Qod Nisanov Zarax İliyevə məxsusdur.
 
"Velazavod bazarı" ASC 2014-cü ildən etibarən "VTB Qrupu"nun aktividir. Ötən ilin sentyabr ayında bank bazarı 2,4 mlrd. rubla satmağa cəhd edib. Lakin bankın cəhdi uğursuz alınıb.
 
"Kiyev meydanı"nın rəsmisi iddia edir ki, bazarın fəaliyyət istiqaməti dəyişməyəcək. Lakin bazarda ciddi rekonstruksiya işləri aparılacaq.
 
Xatırladaq ki, Q.Nisanov və Z.İliyev "Forbes" jurnalının versiyasına əsasən, 2016-cı ilin "daşınmaz əmlak kralları" (daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən) reytinqinə başçılıq edib. Beləliklə, "Kiyev meydanı" 2015-ci ildə əldəki nailiyyətini təkrarlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/518532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR