Türkiyə klubunun futbolçusu Avropa Liqasının rəmzi "11-liy"inə düşüb

Türkiyə klubunun futbolçusu Avropa Liqasının rəmzi "11-liy"inə düşüb
15:47 17 Fevral 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunlarına əsasən rəmzi "11-liy"i açıqlayıb. "Report"un məlumatına görə, ən yaxşıların siyahısında Türkiyənin "Osmanlıspor" klubunun futbolçusu Numan Çürüksu da düşüb.
Rəmzi heyətə ümumilikdə 7 ölkənin 10 klubunun futbolçularının adları daxil edilib. Yalnız Fransa təmsilçisi "Lion"nun 2 üzvü "11-liy"ə düşüb.
Qapıçı: Andre Onana (“Ayaks”, Hollandiya)
Müdafiəçilər: Benedikt Hövedes (“Şalke”, Almaniya), Numan Çürüksu (“Osmanlıspor”, Türkiyə ), Timofey Kalaçyov (“Rostov”, Rusiya)
Yarımmüdafiəçilər: Frank Açimponq (“Anderlext”, Belçika), Daniel Miliçeviç (“Gent”, Belçika), Federiko Bernardeski (“Fiorentina”, İtaliya), Lukas Tusar (“Lion”, Fransa)
Hücumçular: Aleksandre Lyakazett (“Lion”, Fransa), Zlatan İbrahimoviç (“Mançester Yunayted”, İngiltərə), Edin Dzeko (“Roma”, İtaliya).

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/turkiye-klubunun-futbolcusu-avropa-liqasinin-remzi-11-liy-ine-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR