Rusiyada Azərbaycan şirkəti üçün yeni gəmi tikilib

Rusiyada Azərbaycan şirkəti üçün yeni gəmi tikilib
15:52 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Rusiyanın Nijeqorod vilayətinin "Krasnoye Sormovo" gəmiqayırma zavodu Azərbaycanın "Caspian Marine Services Ltd." (CMS) şirkətinə "RST27" layihəli tanker tikib. "Report"un "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, tanker artıq suya buraxılıb.
Zavodun direktoru Nikolay Jarkov bildirib ki, gəminin CMS-yə aprel-may aylarında təhvil verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "RST27" tipli tankerlər neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulan "çay-dəniz" sinifli özüyeriyən gəmilərdir. Tanker eyni zamanda iki növ yük daşımaq imkanına malikdir. Gəminin qabarit uzunluğu 140 metr, eni isə 16 metrdir. Dənizdə suya oturma 4,2 metr, dedveyti 6 980 tondur.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/rusiyada-azerbaycan-sirketi-ucun-yeni-gemi-tikilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR