Geoloqlar səkkizinci qitəni tapdılar - FOTOLAR

Geoloqlar səkkizinci qitəni tapdılar - FOTOLAR
15:53 17 Fevral 2017
185 Dünya
Ölkə mətbuatı
A- A+

Sakit okeanın cənubi-qərb hissəsində Yer kürəsinin səkkizinci qitəsi aşkarlanıb.

Publika.az “Nature News” nəşrinə istinadən xəbər verir ki, belə nəticəyə Yeni Zellandiya, Avstraliya və Yeni Kaledoniyadan olan geoloqlar qrupu gəliblər.

Yeni qitənin ərazisi 5 milyon kvadrat kilometrdir. Onun böyük hissəsi, təxminən 94 faizi suyun altında yerləşir. Yeni Kaledoniya və Yeni Zellandiya adaları qrupu səkkizinci qitənin quru sahəsində yerləşir.

Alimlərin qiymətləndirmələrinə görə, Zellandiya təxminən 100 milyon il əvvəl qədim və böyük Qondvana materikindən qopmağa başladı. Bu yer qabığının deformasiyasına gətirib çıxarıb və materikin çox hissəsi suyun altında qalıb. Geoloqlar öz elmi nəticələrini peyk müşahidələri ilə də təsdiq edirlər.

Tədqiqatın müəllifləri beləliklə, qitələrin sayını yeddidən səkkizə qədər artırmağı təklif edirlər.

Qeyd edək ki, dünya ölkələri qitələrin sayı barədə yekdil fikirdə deyillər. İngilisdilli ölkələrdə qəbul edilmiş terminalogiyaya əsasən, qitələrin sayı yeddidir: Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Şimal Amerika və Cənubi Amerika. Halbuki, bir sıra digər ölkələrin elmi terminologiyasında altı qitənin olduğu bildirilir. Burada Şimali və Cənubi Amerika vahid qitə hesab edilir.

Ömər




Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR