FTB-nin sınağından çıxmayan Ağ evin 6 əməkdaşı işdən çıxarılıb

FTB-nin sınağından çıxmayan Ağ evin 6 əməkdaşı işdən çıxarılıb
16:02 17 Fevral 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Ağ evin 6 əməkdaşı Federal Təhqiqat Bürosunun (FTB) apardığı xüsusi yoxlamadan keçə bilmədikləri üçün işdən azad edilib.
“Report” “Politico”ya istinadən xəbər verir ki, onların işdən azad edilməsinə səbəb kimi avtobioqrafik testdən keçə bilməmələri göstərilib.
Qapalı informasiyaları əldə edə bilmək üçün “SF86” sınağından keçə bilməyənlər təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən binadan çıxarılıb. Bu sınaq şəxsi bioqrafiyanın öyrənilməsi üçün keçirilir. Bura tərcümeyi-halın ətraflı yoxlanılması, o cümlədən narkotik maddə qəbul edib-etməməklə bağılı suallar daxil edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ftb-nin-sinagindan-cixmayan-ag-evin-6-emekdasi-isden-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR