"Technol" Azərbaycanın cənub regionunda satışa başlayıb

"Technol" Azərbaycanın cənub regionunda satışa başlayıb
16:12 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanın və Qafqazın ilk müasir mühərrik və sənaye yağları istehsalçısı olan "Technol" satış nöqtələrini artırıb. 
Şirkətdən "Report"a verilən məlumata görə, artıq Azərbaycanın cənub bölgəsi olan Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Astara və Lerik rayonlarında da "Technol"un məhsulları satılır. 
Yaxın 1 ay ərzində "Technol" mühərrik yağlarının bütün ölkə ərazisində satışı təşkil olunacaq. 
"Hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda və eyni zamanda cənub regionunda yerləşən rayonlarda məhsullarımızın satışı var. Ən qısa zamanda isə bütün rayonlarda satış nümayəndəliklərimiz fəaliyyətə başlayacaq”, - deyə şirkətin açıqlamasında bildirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/technol-azerbaycanin-cenub-regionunda-satisa-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR