"Neftçi"nin bütün kollektivi stadiona çıxdı - Qar təmizləmək üçün - FOTO

"Neftçi"nin bütün kollektivi stadiona çıxdı - Qar təmizləmək üçün - FOTO
16:17 17 Fevral 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Neftçi" və "Kəpəz" komandaları arasında keçiriləcək oyuna qədər "Bakcell Arena" hazır vəziyyətə gətiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu gün "Neftçi"nin rəhbərliyi başda olmaqla, klubun bütün kollektivi arenanın qardan təmizlənməsi üçün gücünü səfərbər edib. 

Dünəndən başlayaraq çoxlu sayda azarkeş kluba müraciət edərək yardımlarını təklif ediblər. "Nefçi" buna görə hər kəsə ayrı-ayrılıqda minnətdarlığını bildirib.

Klub bəyan edir ki, hazırda təmizlik işləri tam sürətlə davam edir və kömək üçün zərurət yaranmayıb. "Neftçi" azarkeşləri fevralın 18-də keçiriləcək qarşılaşmaya dəvət edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində








Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/518541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR