Superkompüterə qalib gələn bakılı – BİR DÖYÜŞÜN TARİXÇƏSİ

Superkompüterə qalib gələn bakılı – BİR DÖYÜŞÜN TARİXÇƏSİ
16:29 17 Fevral 2017
138 Digər
Ölkə mətbuatı
A- A+

 

Onu dünya tarixinin gəlib getmiş ən yaxşı şahmatçısı adlandırılar. Beynəlxalq Şahmat Federasiyası ilə konflikt yaşamasaydı, siyasətə qoşulmasaydı, indinin özündə belə çoxunun şahını mat qoya bilərdi, bu bakılı balası.

 

Şahmat oynamağa 5 yaşında başlamışdı. Atası, Bakı yəhudisi Kim Moiseyeviç Vaynşteyn Harrini Bakıdakı Qaqarin adına Pionerlər Evinə, Oleq Privorotskinin yanına gətirmişdi. Privorotski elə ilk söhbətdəcə, bu balaca vunderkindin gələcəkdə dünyaya səs salacağını anlamışdı.

 

9 yaşında yeniyetmələr arasında SSRİ birinciliyinə qatılmışdı. Sovet şahmatının patriarxı sayılan Botvinnikin diqqətini cəlb etmişdi həmin vaxt. 11 yaşında 18 yaşlılar arasında SSRİ çempionatına qatılmışdı. Son oyunda heç-heç etməsəydi, mükafatçılar sırasına düşəcəkdi. Dalbadal ümumittifaq miqyaslı yarışlara qatılan Harri 18 yaşında artıq özündən söz etdirə bilmişdi. Dünyanın ərazicə ən böyük ölkəsinin və həm də ən böyük şahmat dövlətinin ən yaxşı şahmatçısı olmuşdu birinci yeri tutmaqla. 18 yaşında artıq o, təkcə SSRİ çempionu deyildi. Qazanmadığı titul qalmamışdı. Avropa çempionluğundan tutmuş, ən məşhur turnirlərin qalibinədək.

 

Və nəhayət, 1984-cü il. Şahmat tacı uğrunda Anatoli Karpovla şahmat tarixinin ən dramatik hesab edilən finalı. 24 yaşlı Kasparov  uzun mübarizədən sonra tacı Karpovdan ala bilmişdi.

 

***

 

Bütün bu rekordlarla yanaşı, bu gün fevralın 17-si Kasparovun həm də şahmat tarixində başqa bir rekorda imza atdığı gündür. Söhbət 1996-cı il fevralın 11-dən 17-dək bir zamanların superkompüteri hesab edilən “Deep Blue” ilə keçirilən oyundan gedir. Bu super kompüter İBM şirkəti tərəfindən yaradılmışdı.  

 

Hələ 7 il əvvəl, kompüter texnologiyası və proqramlarının inkişaf etmədiyi dövrdə “Deep Blue” bir neçə dəfə qrossmeysterlərə görüşmüşdü. Amma hamısından da qalib çıxmışdı. Kasparov da elə həmin il kompüterlə yarışa qatılmışdı. 1989-cu ilin oktyabrında  Kasparov “Deep Thought” adlı kompüteri rahatlıqla məğlub etmişdi.

 

10 fevral 1997-ci ildə İBM Kasparova təklif göndərir. Artıq “Deep Blue”nin təkmilləşdirilmiş versiyası yaradılmışdı. Və bu superkompüter bir saniyədə 200 milyon gedişi hesablaya bilirdi. Kasparovda isə bu gedişlərin sayı 100 idi.

 

İlk görüşdə Kasparov qalib gəlir. İkinci gedişdə isə kompüter. Bundan sonra iki heç-heçə qeydə alınır. Amma… Amma sonrakı iki oyunda Kasparov nəinki kompüteri, onun yaradanları, İBM şirkətini yarandığına peşman edir. 500 min dollar mükafatı cibinə qoyub, Moskvaya qayıdır.

 

Amma İBM Kasparovdan əl çəkmir. Bir il sonra onu şirnikləndirir. Bu dəfə mükafat fondunu 1 milyon 100 min dollara qaldırır. Kasparov bu dəfə məğlub olur. Hə, ilk dəfəydi ki, şahmat üzrə dünya çempionu kompüterə məğlub olurdu. Bu da Kasparovun tərcümeyi-halına yazılası qeyddir. Yeri gəlmişkən, Kasparov sonradan verdiyi müsahibələrinin birində uduzduğu superkompüteri nədənsə… dələduz adlandırmışdı.

 

Kasparov bir də kompüterlə 2003-cü ilin yanvarında qarşılaşacaqdı. “Deep Junior” adlı kompüterlə oyun bu dəfə heç-heçə başa çatacaqdı.

 

Kasparovun “Deep Blue”ni udması hətta teatr mövzusu da olub. 2013-cü ildə Nyu- Yorkda Metyu Çarmanını pyesinin motivləri əsasında “The Machine” tamaşası qoyulur. Pyes Kasparovun  “Deep Blue” ilə oyununa həsr edilmişdi. Sonradan “Disney” şirkəti bu pyesi ekranlaşdırmışdı.

 

***

 

Bütün naqisliklərinə, Azərbaycan əleyhinə verdiyi bəyanatlara baxmayaraq, Kasparov bakılıdır. Azərbaycan şahmat məktəbinin yetirməsidir. Karyerasına görə, bir minnətdarlıq hissi olmalıdır. Və özü də ürəyinin dərinliyinə bilir ki, bütün uğurlarına görə məhz Bakı və bakılılara borcludur. Bəlkə nə vaxtsa bu həqiqəti də anlayar ümidiylə... 

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR