“Türk əsgəri dərhal geri çəkilsin!” - TƏLƏB

“Türk əsgəri dərhal geri çəkilsin!” - TƏLƏB
16:33 17 Fevral 2017
511 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyə əsgərlərini dərhal Suriyadan geri çəksin”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu tələbi Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Bəşər Cəfəri səsləndirib.

Cəfəri Türkiyənin Suriya sərhədlərini pozduğunu iddia edib.

Qeyd edək ki, Türkiyə ordusu 2016-cı il avqustun 24-də Suriyanın şimalına keçərək “Fərat Qalxanı” hərəkatına başlayıb. Hərəkat nəticəsində Türkiyə sərhədləri İŞİD terror təşkilatından təmizlənib. Türkiyə ordusu və Azad Suriya Ordusu son olaraq iki gün əvvəl İŞİD-in Suriyada əsas dayaqlarından biri olan Əl-Bab şəhərinə nəzarəti təmin edib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR