Şirkətlərin yalnız 3%-i kiberhücumlarla mübarizə üçün lazımi vəsaitə malikdir

Şirkətlərin yalnız 3%-i kiberhücumlarla mübarizə üçün lazımi vəsaitə malikdir
16:35 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Tripwire" və "Dimensional Research" şirkətlərinin tədqiqatçıları 2017-ci ilin əsas təhlükəsizlik təhdidlərini müəyyənləşdirmək məqsədilə ABŞ, Böyük Britaniya, Kanada və Avropa ölkələrində böyük şirkətlərdə işləyən 403 İT mütəxəssisi arasında sorğu keçirib.

"ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən yazır ki, sorğunun nəticəsinə görə,  geniş yayılmış kiberhücumlara qarşı şirkətlərin yalnız 3%-i lazımi texnologiya, 10%-i isə lazımi bacarıqlara malikdirlər. İT mütəxəssislərinin fikrincə, cari ildə fırıldaqçı proqram təminatı böyük maddi ziyan vura bilər. Bu təhlükə ilə mübarizə məqsədilə şirkətlərin yalnız 44%-i lazımi vasitə, 43% isə lazımi bacarıqlara malikdirlər.

Rəyi soruşulanların 68%-nin sözlərinə görə, onlar fişinq hücumlarının qarşısını effektiv ala bilərlər, 60%-i isə "DDoS" hücumlarını dəf etmək qabiliyyətinə malikdir. Sorğu iştirakçılarının 48%-i insayder təhlükələrinin öhdəsindən gəlmək, 44%-i isə troyan şifrləyicilərlə mübarizə aparmaq gücündədir.

Yuxarıda göstərilən təhlükələrlə mübarizə aparmaq üçün şirkətlərin sahib olduğu texnologiyalar haqda İT mütəxəssislərinin cavabları fərqlidir. Təşkilatlar "DDoS" (63%) və fişinq (56%) hücumlarına qarşı daha dayanıqlıdır. 43%-i fırıldaqçı proqram təminatı, 41% isə insayder təhlükələri ilə mübarizə üçün lazımi vasitələrə malikdirlər.

Respondentlərin 64%-nin fikrincə, 2017-ci ildə maliyyə xidmətləri hakerlərin əsas hədəfi olacaq. ABŞ şirkətlərinin İT mütəxəssisləri səhiyyə təşkilatlarına hücum təhlükəsindən, avropalı mütəxəssislər isə telekommunikasiya şirkətlərinə hücumlardan narahatdırlar.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46144-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR