Con Kerri yeni iş tapdı

Con Kerri yeni iş tapdı
16:37 17 Fevral 2017
146 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın sabiq dövlət katibi Con Kerri Yel Universitetində yeni təhsil proqramına rəhbərlik edəcək. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. 

Qlobal problemlərin həllinə həsr edilmiş proqram çərçivəsində Kerri süquta uğramaqda olan dövlətlər, avtoritar rejimlər, təcavüzkar ekstremizm və iqlim dəyişikliyi kimi mövzularda seminarlar aparacaq. 

Universitetin rəhbərliyi yeni siyasi yanaşmaların meydana çıxacağını gözləyir.  

Con Kerri Yel Universitetinin 1966-cı il məzunudur. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR