Azərbaycan iqtisadiyyatı 0,8% artıb

Azərbaycan iqtisadiyyatı 0,8% artıb
17:02 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanın rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% artaraq 5 233,1 mln. manat təşkil edib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ÜDM istehsalının 47,7%-i sənayenin, 9,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 6,8%-i tikintinin, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 15,9%-i isə digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1%-ni təşkil edib.
Ümumi daxili məhsulun 56,3%-i iqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-iqtisadiyyati-0-8-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR